|
Qocaman hərəkatçı olan siyasi məhbusun səhhəti ağırlaşıb
Vəkillərin bildirdiyinə görə Milli Azadlıq hərəkatının Klassik, qocaman liderlərdən biri veteran olan 62-ki yaşlı, ŞAH İSMAYIL XƏTAİ ADINA AZƏRBAYCAN DEMOKRATİK PARTİYASININ Sədri, siyasi məhbus Ədalətli Babək bəyin səhhəti həddindən çox ağırlaşmışdır. Onu təcili ixtisaslaşdırılmış stasionar şəraitində müalıcəyə böyük ehtiyacı vardır. Həkimlərin dediyinə görə müalicə mütləq xarıcdə aparılmalıdır, çünki müvafiq müalicə prosedurları hələlik Azərbaycanda etmək münkün deyil. Vəkillər onu da xüsusi ilə geyd edirlər ki, digar təcrübəli həkimlər və mütəxəssislər təsdiq edirlərki, 62 yaşlı Babək bəyin həbsdə saxlanılması onun həyatı üçün təhlükəlidir və hər an həyatına son qoyula bilər! Onu da geyd edək ki, 2013 – 2014 il tarıxında heç bir siyasi məhbus Babək Ədalətli gədər insanın ağlına – sığılmaz üsüllarla fiziki və mənavi işgəncələrə məruz qoyaraq sağlam insanı şikəstə döndərmişdilər. Bu haqda Ədliyyə Nazirliyindən sübüt edən sənədlər var.
Elm və siyasi xadimi olan, Ədalətli Babək Bəxtiyar oğlu 5 universitet bitirib hamısını qırmızı diplomla, 29 may 2013-cü il tarixdə DİN B.M.C.M. İ nin polis əməkdaşlar tərəfindən insanın azadliq hüqunu pozaraq, kobudluqla saxlanılıb, oğurlanaraq üzərinə narkotika qoyulub, şərlənərək həbs edilib. Babək bəyin iştirakı olmadan evinədə qanunsuz axtarış aparılaraq özləri qoyduqları narkotikanı güya taparaq saxtakarlıqla sənədləşdiriblər. BMCMİ-də (band-otdeldə) 29.05.2013 tarixindən 03.06.2013 tarixə qədər hər gün başına, sinəsinə, kürəyinə, qara ciyərinə, mədə - bağırsaqlarına, böyrək, intim yerlər nahiyyələrinə çoxlu təpik, yumruq, dubinka ilə zərbələr yetirmışdilər, barmağındakı dırnağınıda sındırmışdılar, Babək Ədalətli aldığı çoxsaylı xəsarətlər nəticəsində huşunu itirmişdi. (BU HAQDA 28.01. 2014IL N17/7-903-Ə-2 SƏNƏDİ ƏDLİYYƏ NAZİRLİK TƏRƏFİNDƏN İŞGƏNÇƏ FAKTININ TƏSDİQI VAR)
Babək bəy 1 həftə DİN BMCMİ-də saxlanılaraq ağır işgəncələrə məruz qalıb. Onun əvəzinə sənədlərə imza edilib. Ümumiyyətlə, bu cinayət işinin qondarma, saxta olmasını video materialları təqdim edilib neçə polislər narkotiki evlərinə atmışdılar, 12 qonşularınıda heç birisinin şahidliyini əsasa götürmədilər, amma əsl narkomanlar dəfələrlə AR CM- nin 234.1-ci
maddəsi ilə cəzalanlar erməni, məşhur dərgah guliyev BMCMİ-nin ştatdan kənar xal şahidi və bomj anası özünü öldürən bunun iş verməyin üstündə narkoman, tufeyli ağamoğlan məhərrəmovun üzə durmaqlarını dərhal əsasa götürdilər.Hansıki məhkəmə prosessində vəkillər sübüt etdilər ki, bunlar əsl narkomandılar və necə insanın üzünə dururlar və bu haqda sübüt edən dokumentlər təqdim etmişdilər!
Amma məhkəmədə bunları nəzərə almadılar əksinə Bakı Ağır Cinayətlər Məhkəməsi əvvəl prokuror tərəfindən AR CM- nin 234.4.1-ci maddəsi ittihamı ilə 20.05.2014-cü il tarixli hökmü ilə AR CM- nin 234.1-ci maddəsinə kecərək, ziyalı tam qunahsıx insanı, təqsirli bilib, kör yani 2 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum etdilər. Həmin hökmdən Babək bəy apellyasiya şikayəti edib bəraət verilməsini, Dövlət İttihamçısı isə apellyasiya protesti verib Babək bəyə AR CM-nin 234.4.3-cü maddəsi ilə yani yenidən (5ildən -12 iləcan) ağır cəza verilməsini xahiş edirdi. Nahayyət Bakı şəhəri Apellyasia Məhkəməsində 4 noyabr 2014 il tarıxında yenədə tam qanunsuz 2 ili qüvvədə saxlamışdılar.
Ədalətli Babək bəyin həbsindən sonra, evimdə basqın zamanında Həyat yoldaşı ürək işemik xəstəliyi tapdı və təzəliklə əməliyyat olunub, kiçik oğlu Bəxtiyar vərəmə ducar oldu olüm vəziətindədir hal-hazırda həstəxanadadır, kicik qızı eplepsiya qıcolma, huşun itməsi halları baş verir və dəfələrlə M.Nağıyev adına həstəxanasında stasionar müaliçə alır, böyük oğlu Emil mədə və 12 barmaq bağırsaq yarasına düçar olub, böyrək çatışmazlığı əmələ gəlib, həyat yoldaşında şəkərli diabet əmələ gəlib şəkər 300mq qalxır, hətda 12 yaşlı nəvəmızdə qorxudan kəkələmə əmələ gəldi.
Hal-hazırda Babək bəydə baş gicəllənməsi, qulaqlarda küy, eşitmənin, yaddaşın periodik itməsi, zəifləməsi, kəskin hərəkət edəndə başda bərk ağrılar, ürəkbulanma, qusmanın olması, periodik, aritmik ürəkdöyünmələr (bunlar beyin silkələnməsi sindromudur), qara ciyər, öd kisəsi, sağ qalça çuxurunda, solda yoğun bağırsağın düz bağırsaq proeksiyasında, sağ böyrəkdə kəskin, sol böyrəkdə küt ağrılar, çanaq sümüyündə, büzdüm sümüyündə, aralıq nahiyyəsində aramsız göynədici-sızıltılı ağrılar, sidikdə adi gözlə görünən qan izləri (makroqematuriya), bütün sümüklərdə ağrılar, sol ayaq barmaqlarında keyimə vardır. Ən qorxulusu isə düz bağırsaqdan bəzən qara rəngdə, bəzən də al qanın gəlməsi, defekasiyanın olmaması (nəcisin) qəbzlik, köp, qaz, daxili qanaxmadan xəbər verir. Bakı İstintaq Təcridxanasının Tibb Hissəsində və Müalicə Müəsissəsində aparılan müayinə və konsultasiya əsasən Babək Ədalətli ürəyin işimik xəstəliyi () mikro infakt, hepertoniya II dərəçə, şüşəyəbənzər cismin destruksiyası (gözün kör olması), xroniki obstruktiv bronxit, xroniki pielonefritinin kəskinləşməsinə qarşı müalicələr alsa da, hal - hazırda da səhhəti ağır olaraq qalır.
Onun yaşlı olmasını, sağlamlığın kəskinləməsini nəzərə alıb Babək bəyi dərhal azadlığa buraxılmalıdır.ALLAH QAPILARINI ACIQ ETSİN İNŞALLAH!