Rəsmi Brüssel Poroşenkonu qəbul etmək istəmir

 Almaniyanın “ Die Welt” qəzeti yazır ki, rəsmi Brüssel Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən imtina edir. Bu imtina Avropa Birliyi (AB) ilə Ukrayna arasında Rusiyaya münasibətdə ciddi fərqlərin ortaya çıxdığı bir vaxta təsadüf edir. Narazılığın əsas səbəbi isə AB-nin Rusiyaya tətbiq etdiyi əlavə sanksiyalarla bağlıdır. Əlavə sanksiyalarda əsasən neft və qaz yataqlarının istismarında gərəkən avadanlıqların satışına qadağa qoyulur. Digər təbii resursların əldə edilməsi üçün gərəkən texnologiyaların Rusiyaya satışı da AB tərəfindən yasaqlanır.

 Ukrayna tərəfi hesab edir ki, bu sanksiyalar simvolik xapakter daşıyır. Bunun əvəzində AB daha ciddi sanksiyalara əl atmalıydı. Məsələn, Rusiyanı beynəlxalq ödəmə sistemi olan “SWIFT”dən kənara atmaq lazım idi. Ukraynanın AB-ki səfir Konstantin Yeliseyev deyib ki, AB-nin Rusiya ilə necə davranmaqla bağlı ciddi strategiyası yoxdur. Bütün çətinliklər isə bu nəhəng problemə söykənir.

 Ukrayna prezidenti isə cümə axşamı Brusseldə olmağı planlaşdırır. O, Avropa liderlərini Ukraynada baş verənlərlə şəxsən məlumatlandırmaq istəyir. Ancaq AB, jurnalistlərin dediyi kimi, “cənab Poroşenkonu qəbul etmək istəmir”.  AB-də səfir olan ölkələrin birinin nümayəndəsi deyib ki, hazırda Poroşenkonu qəbul etmək üçün elə bir əsas yoxdur. Poroşenko AB tərəfindən həmişə diqqət mərkəzində olub. Yəni, onun şikayətlənməyə elə bir əsası yoxdur. Hazırda isə Poroşenkonun Brüsselə gəlişi gərəksiz görünür.

 Siyasi analitiklər hesab edirlər ki, rəsmi Brüsselin belə bir mövqe sərgiləməsinin arxasında ciddi amil dayanır. Belə ki, AB Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparır. Hədəf isə Ukrayna böhranına görə yaranmış gərginliyi aradan qaldırmaqdan ibarətdir. Həmin danışıqlarda Ukrayna ilə Rusiya və separatçılar arasında əldə olunmuş atəşkəsin davamlı olması da önə sürülüb. O da qeyd olunur ki, cənab Poroşenkonun Brüsselə səfəri Avropa liderləri arasında bu məsələyə olan münasibətdə mövcud olan ziddiyyətləri daha da dərinləşdirə bilər.

  Hələ ki, Kiyev və Brüssel bir-birini kuluarlarda ittiham edir. AB nümayəndələri deyirlər ki, onlar Ukrayna prezidentin iyun və avqust aylarında qəbul ediblər. Rəsmi Kiyev ondan da narazıdır ki, AB Rusiya ilə bağlı şifahi bəyanatlarda da xəsislik edir və daha yumşaq ifadələrdən istifadə olunur. Ukrayna hesab edir ki, Qərb Rusiyanın Krımı ilhaq etməsi faktının mahiyyətini o qədər də dərindən hiss etmir. Ukraynanın şərqinə Rusiya qoşun və hərbi texnikasının yeridilməsini də “işğal aktı” kimi dəyərləndirə bilmir.

 Bundan başqa, Ukraynaya 15 milyard avro nağd pul gərəkir. AB isə Ukraynaya pulu az və hissə-hissə verir. Üstəlik, AB şübhələnir ki, Ukraynaya daxil olan pul korrupsiyanın güdazına gedir...

 Elbəyi Həsənli 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti