|
Bakıda səfərdə olan Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin və onu müşayət edən heyət Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin, 21 Azər hərəkatının lideri Seyyid Cəfər pişəvərinin və general Seyid Yəhyanin məzarini ziyarət edib.
Teleqraf.az-ın xəbərinə görə, Fəxri Xiyabanda çıxış edən Mahmud Bilgin Güney Azərbaycanda aparılan milli mübarizə haqqında danışaraq, Güney Azərbaycan Demokrat Partiyasının Güneydə baş verənlərin bütün dunya içtimaətinin diqqətinə çatdırdığını bildirdi. Güney Azərbaycanın mütləq öz azadlığına qovuşacağını bildirən Mahmud Bilgin Güney Azərbaycanın istiqlalı uğrunda sona qədər mübarizə aparacaqlarını da bəyan etdi.
Xatırladaq ki, Mahmud Bilgin Pişəvərinin partiyasi, Güney Azərbaycan Demokrat partiyasinin davamı olan GADP nin sözçüsüdür.
Zəka Sahib