|
İsrail, Sinqapur və Ermənistan Qlobal Militarizasiya İndeksi-2014-ün ilk üç lider ölkəsidir
Postsovet ölkələrindən Ermənistan, Rusiya və Azərbaycan Qlobal Militarizasiya İndeksi-2014-də liderlik edən 10 ölkə sırasına daxil olublar. 2014-cü il üzrə Qlobal Militarizasiya İndeksini 9 dekabrda Almaniyada Konversiya üzrə Bonn Beynəlxalq Mərkəzi təqdim edib. İndeks 157 ölkəni əhatə edir. İsrail, Sinqapur və Ermənistandan əlavə ilk 10-luğa Suriya, Rusiya, Kipr, Cənubi Koreya, İordaniya, Yunanıstan və Azərbaycan daxildir.
İndeks-ə şərhlərdə qeyd olunur ki, Ermənistan və Azərbaycanın silahlanmasında Rusiya xüsusi rol oynayır. Rusiya hər iki tərəfə silah satmağa səy göstərir.
Qlobal Militarizasiya İndeksi hərbi xərclərin ümumdaxili məhsula, səhiyyə xərclərinə nisbətini, ağır silahların əhalininn sayına nisbəti nəzərə alır.
Bu barədə “Alman dalğası” (DEUTSCHE WELLE) məlumat yayıb.