Ölkəmizin bir sıra rayonlarının icra başçılarının və idarə rəhbərlərinin qanunazidd əməlləri, rüşvətxorluq, korrupsiya, insanların incidilməsi, şikayətlərin cavabsız qalması, əyalətlərdəki problemlərin həll olunmaması, habelə sosial, məişət, hüquqi problemlər vətəndaşların ciddi narazılığı ilə qarşılanmaqdadır.

Sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdəki qanunsuz faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar artdığından vətəndaşların ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına göndərdikləri şikayətlərin də sayı artıb. Belə ki, əldə etdiymiz məlumatlara görə, Prezidentin internet poçtuna müraciətlər əsasən icra hakimiyyətindən, dərman təminatı və yerli sosial qurumlara rəhbəlik edən idarə və müəssisə rəhbərlərindəndir. Müraciətlərin mövzularına gəldikdə digər müraciətlər kimi, onlar da əsasən yerli icra orqanlarının fəaliyyəti, fərdi yaşayış evlərinin tikintisi, mənzil, sosial yardım və müavinətlər, müalicə və dərmanlarla təminat, işlə təmin olunma, hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti və digər məsələlər barəsindədir.

Əhalinin prezidentin rəsmi internet saytına müraciətlərinin coğrafiyası da maraq doğurur. Verilən məlumata görə, şikayətlər Bakı şəhərinin bəzi rayonlarından Xətai, Nizami, Nəsimi, o cümlədən Gədəbəy, Goranboy, Sabirabad, Oğuz, Xızı və digər bölgələrdən daxil olur.

Əldə etdiyimiz son xəbərlərə görə, artıq bir sıra rayonların icra hakimiyyətlərinin başçılarına fəaliyyətlərində yol verdikləri qanunsuzluqlara, vəzifə səlahiyyətlərini aşmaları, vəzifədən sui-istifadəyə görə sonuncu dəfə tapşırıqlar verilib. İcra orqanlarının bəzi işçilərini isə ilin sonuna qədər vəzifələrindən kənarlaşdırılmaq təhlükəsi gözləyir. Bu səbəbdən də onlar yaxın əlaqələr qurduqları, habelə köməyindən istifadə etməklə vəzifəyə yiyələndikləri nazirlərə minnətçi düşərək məmurlardan sonuncu dəfə bağışlanılmaq xahişində bulunublar. Məsələnin ciddiliyi isə adını çəkdiyim rayonlarda yoxlamaların aparılması barədə verilən tapşırıqların artıq icraya yönəldilməsi olub. Belə ki, Hesablama Palatası yaxın günlərdə adını çəkdiyimiz rayonlarda yoxlama aparacaq. Bununla bağlı məlumat Hesablama Palatasının Kollegiya iclasında bildirilib. Belə ki, qurumun iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy Rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.

Düşünürük ki, əgər Hesablama Palatasının auditorları yoxlamalarda bir qədər diqqətli olsalar, Gədəbəy rayonu da daxil olmaqla, Bakının Xətai, Nizami, Nəsimi, o cümlədən Goranboy, Sabirabad, Oğuz və Xızıda 2014-cü ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin qaranlıq məsələlər üzrə sərfiyyatı, habelə büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı bir sıra pozuntular aşkar edə bilərlər.

Artıq mətbuatda belə faktların ortaya çıxarıldığı, hətta həbslər olduğu bildirilir. Belə ki, keçmiş kənd təsərrüfatı naziri və Kürdəmir rayonunun icra başcısı İrşad Əliyev korrupsiyada ittiham olunur.

Xəbər portallarının verdiyi məlumata görə, bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb. Siyahıda İrşad Əliyevdən başqa Kürdəmir Rayon İcra Hakimiyyətinin Aparat üzvləri də var. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsində baş memar işləyən Sarif Əsgərov artıq həbs olunub. İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin müdiri Arzu isə ifadəsi alınaraq azadlığa buraxılıb. Lakin onun şübhəli şəxs olaraq qaldığı bildirilir.

Araşdırmanın İrşad Əliyevin Kürdəmir rayonunun icra başçısı işlədiyi dövrdə Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənilməsi faktı üzrə başlandığı bildirilir.

Kürdəmir rayon icra başçısının birinci müavini Tacəddin Novruzov mətbuata açıqlmasında faktı təsdiqləyib. Onun sözlərinə görə, Arzu bir neçə gün əvvəl vəzifəsindən azad olunub: «Bizdə olan xəbər bundan ibarətdir. Bildiyimiz odur ki, Arzu şübhəli şəxs qismində istintaqa cəlb olunub. Baş memar isə həbs olunub. Lakin məsələ hələ araşdırılır. Fakt təsdiqini taparsa, cinayət işi açılacaq…»

Qeyd edək ki, adətən ilin sonunda Prezident Administrasiyasında yerli icraedici orqanların fəailiyyəti saf-çürük edilir. Vətəndaşlardan daxil olan şikayətlər araşdırılaraq, ciddilik əmsalına bölünür və araşdırılması üçün müvafiq qurumlara yönəldilir. Çox vaxt aparılan bu cür araşdırmalar vətəndaşların haqlı olduğunu ortaya çıxarır. Və o zaman qanunsuzluq etmiş icra başçıları, idarə müdirləri cəzalandırılır, bəzi hallarda isə vəzifələrindən uzaqlaşdırılırlar. Çox guman ki, 2014-cü ilin yekunlarında da belə hallara rast gələcəyik. \\ gundelik-baku.com \\

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti