NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Şərqi Avropada güclənəcəyini açıqlayıb.

 Ötən aydan Alyansa rəhbərlik etməyə başlayan Stoltenberq Baltikyanı ölkələrə qarşı hücum olduğu təqdirdə təşkilatın yalnız bir neçə həftəyə müdaxilə etmək gücündə olduğunu deyərək, bu müddətin azaldılmasına çalışdıqlarını deyib. 

2016-ci ilin sonunda 48 saat ərzində qarşıdurma yaranan bölgəyə müdaxilə etmə qabiliyyətinə sahib ordu yaradacaqlarını deyən Stoltenberq bu yöndə atılan addımların sürətləndiriləcəyini qeyd edib: 

“Keçid müddətində hər vəchlə Şərqi Avropada yerləşən qüvvələrin gücləndirilməsi üçün çalışacağıq”.

Şərqi Avropada güclənmə planı - “Nizə ucu” adlandırılan planın ilkin mərhələdə Almaniyanın Münster şəhərində yerləşən Alman-Niderland bölmələrinin Şərqi Avropada yerləşdirilməsi ilə başlayacağını deyən Stoltenberq sentyabrın 5-də qərara alınan bu planın kağız üzərində qalacağından əndişəli deyil: 

“Müvəqqəti olaraq Polşa və Baltik ölkələrinin ordu qüvvələri ilə təlimlər keçirməyi nəzərdə tuturuq. Baltik ölkələri, Polşa, Rumıniya və Bolqarıstanda yerləşdiriləcək NATO bazaları ilə lazımı anda sürətli müdaxiləni reallaşdırmaq üçün hər cür dəstək göstəriləcək”.

Rusiyanın ilk reaksiyası

Yens Stoltenberqin bu açıqlamasından sonra Rusiyanın reaksiya gecikmədi. Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov Şimal Alyansının Şimali Avropada sabitliyi pozduğunu və Rusiyanın sərhədlərini qorumaq üçün əlindən gələni edəcəyini bildirməklə oyunun “günahsız” tərəfi olduqlarını bir daha göstərmiş oldu. 

Digər tərəfdən, Stoltenberqin pərdə arxasında Rusiya ilə dialoqu inkişaf etdirməyə çalışdığı və sələfi Rasmussendən fərqli olaraq, Kremlə qarşı daha mülayim bir siyasət yürütdüyü iddia olunur.

Brüsseldəki NATO diplomatlarının verdiyi məlumata görə, Stoltenberq Krımın ruslar tərəfindən işğal edilməsindən bəri kəsilən NATO-Rusiya Şurası danışıqlarının yenidən başlanması üçün ciddi səy göstərir. Əlbəttə ki, bu səylər əbəs yerə deyil...

Sadəcə görünən odur ki, sentyabrın 5-dən bəri Rusiyanın nəfəsini duyan Avropanın şərqi üçün NATO heç nə edə bilməyib. Hasarın o biri tərəfindən Rusiyaya hədə-qorxu gələn bu təşkilatın cavabı ikincinin ciddi addımları ilə qarşılanır. Türkiyədə imzalanan müqavilə ilə şimalı qazsız qoymağın 2+2 olduğunu göstərən Rusiya 2015-ci ildə yalnız 10 milyard dollarından keçməklə ən pis halda indiki iqtisadi vəziyyətində qalacaq.

Nəzərə alsaq ki, 400 milyard dollarlıq ehtiyat fondu olan bir ölkə bu gedişlə 40 il Avropasız yaşaya bilər, onda sual meydana çıxır: Avropa 40 il rus qazı olmadan yaşaya bilərmi?

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti