|
Krım-tatar xalqının İctimai Şurası Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğndan xahiş edir ki, Krım iki ölkə arasında dostluq körpüsü olsun”.
Musavat.com xəbərinə görə, Rusiya KİV-i bu müraciəti yarımadadakı 300-ə yaxın Krım-tatar təşkilatının bütün rayonlardan olan təmsilçilərinin, həmçinin, Türkiyə və Rumıniyadakı diaspor nümayəndələrinin imzaladığını iddia edib.
“Krım tatarları habelə Putinin siyasətini dəstəklədiklərini və yeni Rusiyanın qurulmasında ona tam etimad göstərdiklərini bəyan ediblər”, - deyə xəbərdə bildirilir.