|
Çinin dövlət agentliyi olan “Xinhua” xəbər verir ki, Sincan-Uyğur Muxtar Rayonunda baş vermiş terror aktı nəticəsində 15 nəfər ölüb. Agentlik bildirir ki, ölən 15 nəfərdən 11 nəfəri terroru təşkil edən şəxslərin özləridir. Hadisə zamanı 14 nəfər yaralanıb.
Agentlik yazır ki, uyğurlar mülki şəxslərin arasına qumbara atıb, qəssab bıçağı və balta ilə onlara hücuma keçiblər. Bu vaxt hadisə yerində peyda olan polislər 11 nəfəri öldürüb.
Qeyd edək ki, bu xəbər Çinin dövlət agentliyi olan “Xinhua” tərəfindən yayılıb. Bu agentlik isə bir qayda olaraq Çin rəhbərliyinin Sincan-Uyğur Muxtar Rayonunda həyata keçirdiyi qəddar hərbi aktlara bəraət qazandırmaqla məşğuldur.
Bu hadisə ilə bağlı Qərb agentlikləri onu bildirirlər ki, uyğurlar Çindən ayrılmaq uğrunda on illərdir ki, mübarizə aparırlar. Və Sincan-Uyğur Muxtar Rayonuna giriş çətin olduğundan, qarşı tərəfin mövqeyin ortaya qoymaq mümkün olmur. Qeyd edək ki, uyğurların diaspora təşkilatları da bu hadisəyə münasibət bildirməyib. /Musavat.com/