|
İŞİD Türkiyə sərhədlərinə 25 metrlik məsafəyə qədər yaxınlaşıb.
Publika.az türk mediasına istinadən xəbər verir ki, Kobanidə İŞİD-lə silahlı toqquşmalar sərhəd keçid məntəqəsinin yaxınlığına qədər gəlib çatıb. Bu gün səhər saatlarında Mürşitpınar sərhəd keçid məntəqəsinin yaxınlığına bomba yüklü iki maşınla gələn məntəqəyə 25 metrə qədər yaxınlaşıb. Partlayış nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılar təcili yardım maşını ilə Suruç dövlət xəstəxanasına aparılıb.
İŞİD-in hücumu dayandırmaq məqsədilə ABŞ rəhbərliyi ilə qurulan koalisiya qüvvələri isə İŞİD-in sərhədə yaxın mövqelərini atəşə tutub. Məlumatlara görə, üç mərmi Türkiyə torpaqlarına düşüb. Xoşbəxtlikdən xəsarət alanlar olmayıb.
Daha sonra jurnalistlər onlar üçün ayrılan təpədən uzaqlaşdırılıb.