|
Türkiyə Cümhuriyyətində yaşayan ələvilər Baş nazir Əhməd Davudoğlunun Tunceli vilayətinə səfəri zamanı Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün ona müraciət ediblər.
Teleqraf.az xəbər verir ki, İstanbulda tikilən körpüyə Sultan Səlim Yavuzun adının verilməsindən narahat olan Ələvilər, Boğaziçi körpüsünün də adının dəyişdirilərək Şah İsmayıl Xətai qoyulması tələbi ilə müraciət ediblər.
Bundan başqa Ələvilərin tələblərindən biri də, Ələvilərdən nazir və müşavirlərin təyin edilməsi haqqındadır.