|
Macarıstanda Jobbik Partiyasının təkilifi ilə parlament İraqda yaşayan türkmanlara siyasi sığınacaq verilməsini ehtiva edən qanun qəbul edib.
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, ölkədə türkçülüyə meylliliyi ilə tanınan bu partiyanın qərarı parlament tərəfindən müsbət qarşılanıb və türkmanların ölkədə tamhüquqlu yaşamasını təmin edən qanun qəbul olunub.
Xatırladaq ki, Macarıstan Azərbaycan mənşəli türkmanlara rəsmən siyasi sığınacaq verən yeganə dövlətdir.