|
Mosul yaxınlığında ötən həftə ABŞ-ın təşkil etdiyi hava hücumunda öldüyü iddia edilən İŞİD lideri Əbubəkr Əl-Bağdadinin hücumdan yaralı xilas olduğunu göstərən görüntülər yayımlanıb.
Axar.az xəbər verir ki, hücumdan bir müddət sonra Bağdadinin olduğu maşının yanına gələn İŞİD-çilər liderini yerdə yaralı vəziyyətdə tapıblar. Bir müddət sonra özünə gələn Bağdadi hadisə yerindən uzaqlaşdırılır.
Qeyd edək ki, ötən həftə öldüyü iddia edilən Bağdadiyə aid yeni səs yazısı yayılmışdı. Bağdadi hədəflərinin Romaya qədər olduğunu bildirmişdi.