103 il bundan əvvəl Aşura günündə azan çağı işğalçı rus ordusu Təbriz şəhərində Məşrutə inqılabının iştirakçılarından 60 nəfəri heç bir səbəb olmadan dar ağaclarından asaraq edam edib. Bu edam səhnəsinin müşahidə edən tarixçi Ə.Kəsrəvi həmin vəziyyəti belə qeyd alıb: “Öncə şeyx Səlimi dara çəkdilər. O, bir söz danışmaq istədi, lakin rus zabiti onu susdurdu, çarpayını ayağının altından çəkdi”.
Teleqraf.az modern.az- saytına istinadən güneyli tarixçilərin sosial şəbəkədə paylaşdıqları şəkli təqdim edir. Şəkil o müdhiş hadisənin vəhşiliyini özündə əks etdirir.