|
Kürdlərin əlindəki IŞİD-çi əsirlər danışdı
Əsirlər peşman olduqlarını və IŞİDƏ qatılmağı səhv olaraq qəbul etdiklərini qeyd ediblər. Teleqraf.az-ın xəbərinə görə, ABŞ mərkəzli yayım təşkilatı CNN-in daha öncə Türkiyə də də xidmət edən müxbiri Ivan Uatson Suriyanın şimalında yerləşən Əlcəzairə Mənzilində əsir saxlanılan IŞİD döyüşçüləri ilə danışıb. Gözləri bağlı döyüşçülərin rütubətli, boz bir otağa bir-bir gətirildiyini bildirən Uatson həbsxanadan təəssüratlarını bölüşdü
Kürdlərin məhkumların saxlanıldığı yerləri gizli saxladığını ifadə edən Uatson, ilk məhbus otağa gələndə qvardiyadan göz lentini açmağı istəmiş, mulitanın parlaq işığa alışmaq üçün qıpdığnını bəhs edən məşhur müxbir, məhbusun, qarşısında yad bir adamın oturduğunu görəndə təəccübləndiyini bildirib. İkinci məhbus otağa gətiriləndə isə qorxudan əsirmiş. Uatson, özünü tanıtması və "Əgər özünüzü rahat hiss etmirsinizsə danışmaq məcburiyyətində deyilsiniz" sözlərindən sonra görüş başlayıb.
Uatson, qarşısına gələn hər əsirin, arada sürətli bir şəkildə, görüşü izləyən hərbiçilərə baxsa da da onunla danışdığını söyləyib.
Süleyman adlı Suriyalı bir adam, terror təşkilatına, ailəsinin təhlükəsizliyindən qorxduğu üçün iştirak etmək məcburiyyətində qaldığını bildirir. Daha əvvəl IŞİD nəzarəti altındakı torpaqlara heç getmədiyini deyən Süleyman, Kürd bazalarından birinin xaricinə məsafədən idarə olunan avtomobil bombası yerləşdirən və partladan bir IŞİD bazası olduğunu etiraf edir. Bombanın öz qardaşını öldürdüyünü deyən əsir, bu iş üçün 3 min 600 dollar pul aldığını bildirərərək, bizə yalandan "İslam və ədalət üçün vuruşduqlarını dedilər. Əslində isə bizim kasıblığımızdan istifadə edərək bizi istifadə etdilər. Bizim Kasıblığımızdan istifadə etdilər" deyə əlavə edib.
Hərbiçilərin otağa gətirdiyi növbəti məhbusu Uatson, “Çətin çətin adam" sözləri ilə qiymətləndirir.
19 yaşlı Kərim, Suriyadakı IŞİD cəbhələrində bir ildən daha uzun müddət ərzində döyüşmək üçün 2 min dollar Aldığını bildiririb. Kərim bunu sübut etmək üçün yaralarının olduğunu deyib. 19 yaşlı döyüşçü qolsuz köynəyini çıxardanda bədənində olan qorxunc yaralar görünüb. "Qarnıma üç dəfə vurulmuşam" deyən Kərimin sağ qolunda olan güllə yaralarını da göstərib.
IŞİD BİZƏ NARKOTİK VERİRDİ
IŞİDİN döyüşçülərinə münaqişələrdən əvvəl narkotik verdiyini deyən Kərim, "Bizə narkotik verdilər. Ölməyi düşünməyəcək şəkildə toqquşmaya göndərən hallyusinogen həblər" sözləri ilə yaşadıqlarını deyib. Terror təşkilatının, birlikdə qarşıdurmaya getdiyi digər hərbiçilərə "xanım" sözü verdiyini bildirən Kərim, IŞİD döyüşçülərinin bir çoxunun əcnəbi olduğunu qeyd edib. Xarici döyüşçülərin Ərəb Dilinin Suriya ləhcəsini bilmədikləri üçün ünsiyyət qurmaqda çətinlik çəkdiyini deyən Kərim, Çindən IŞİDE iştirak edən biriylə tanış olduğunu da sözlərinə əlavə edib. Kürdlər tərəfindən yaxalanmamışdan əvvəl IŞİDİN bir çox əsirin başını kəsdiklərini gördüyünü bildirən Kərim, "IŞİD nə vaxt bir rayona getsə, oradakı insanları onların hüququna tabe olmadığı zaman dinsiz qəbul edirlər. Üzünü örtməyən qadınların da başları kəsilirdi" deyib.
IŞİDLE OLANDA MƏNİ TAPSAYDINIZ NƏ EDƏRDİNİZ?
Uatson, görüşdüyü son məhbusun, müəllim və iki uşaq atası Jaber olduğunu bildirir.
Jaberin də maşınla edilən bombalı hücum qrupuna daxil olduğunu ifadə edən məşhur müxbir, döyüşçüyə "IŞİDLE patrul gəzərkən məni görsəydiniz, nə edərdiniz" sualı verib
"Taleyin ölüm olardı" deyən döyüşçü, "Müxtəlif ölüm şəkilləri var - sənə işgəncə edərdilər, başını və əllərini kəsərdilər. Başına sadə bir şəkildə güllə vurmazdılar" cavabını verib.
Müxbir, Süleymana ABŞ liderliyində qurulan və aralarında Səudiyyə ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də olduğu koalisiyanın, IŞİD hədəflərinə bombardman etdiyini söyləyəndə, döyüşçünün çox təəccübləndiyini ifadə edir. "Ümid edirəm ki, hamısını öldürürlər" - deyən Süleymanın gözlərində yaşların toplandığını bildirən Uatson, görüşdüyü üç nəfərin də IŞİDE qatılmağı bir səhv kimi qəbul etdiyini vurğulayır. Məhbuslar, Kürdlərə özlərini sərbəst buraxmaları üçün yalvarsa da, Kürdlər əsir tutduqları şəxslərin bu halda böyük ehtimalla yenidən IŞİDE qatılacağını deyir.