|
"Ermənilərin keçirdikləri qondarma məhkəmə şousunda Azərbaycanlı vəkilin iştirakının Azərbaycanın maraqlarına uyğun olmadığı qənaətindəyəm"
Tanınmış vəkil Bəhruz Bayramovun Xankəndində qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə etmək məqsədi ilə Xankəndinə getmək üçün müraciət edib.
Məsələ ilə bağlı Teleqraf.az-ın redaktoru,əslən Kəlbəcər rayonundan olan Elşən Əlisoyun münasibətini öyrəndik.
Vəkil Bəhruz Bayramovun müraciətininin əsil vətənpərvər bir hüquqşunas münasibəti olduğunu bildirən Elşən Əlisoy bunları da bildirdi.
"Tanınmış Vəkil Bəhruz Bayramovun girovlarımızın müdafiəsi üçün Xankəndinə getmək üçün müraciət etməsi Azərbaycanda vətənpərvər insanların varlığını bir daha sübut edir. Ancaq bir şeyi unutmaq lazım deyil ki, ermənilərin işğal etdikləri Azərbaycan torpaqları üzərində yaratdıqları və heç bir hüquqi əsası olmayan qondarma dövlətləri kimi göstərdikləri məhkəmə şousunun da heç bir hüquqi əsası yoxdur. O qondarma məhkəmə terrorçuların özlərinin dünyaya güya ki, hüquqi qrumlarının olduğunu göstərmək üçün oynadıqları oyundur. Azərbaycanın hansısa bir vəkilinin o qondarma məhkəmədə vəkil olaraq iştirak etməsi erməni təbliğatı üçün çox yararlı bir vasitə ola bilər. Onsuz da ermənilər elə bir həyasız millətdir ki, onlarla orda hüquq dilində danışmağın heç bir əhəmiyyəti yoxdur. 21 ildir ki, bunlarla hüquq dilində danışılır, hansı nəticələr əldə olunub ki, indi də nəsə əldə olunsun. Mən hesab edirəm ki, girovlarımızın da, torpaqlarımızın da azad edilməsi bir başa dövlət başçısı İlham Əliyevin və Azərbaycan Ordusunun görməli olduğu işdir. Ermənilərin əlində tək Dilqəm və Şahbaz yox, 100-lərlə girov var. Kəlbəcərdə, öz ata-baba torpaqlarında terrorçular tərəfindən girov götürülən vətəndaşlarımızı sərhəd pozucuları adı ilə ittiham etmək özü bir başa Azərbaycanın ərazi bütövlüyünə növbəti təhditdir. Unutmayaq ki. Azərbaycanlı girovlar qondarma Dağlı Qarabağ Respublikasının "qanun"larına görə ittiham olunacaq. Biz isə nə belə bir dövlət tanıyırıq nə də ki, belə bir qanun. Azərbaycan hakimiyyəti ermənilərlə etdikləri bütün danışıqlara son qoymalı, ordumuz döyüş vəziyyətinə gətirilərək həm torpaqlarımızın həm də girovlarımızın azad olunması əməliyyatlarına başlamalıdır. İlham Əliyev ya torpaqlarımızı azad etməli ya da istefa verib bu işi bacara biləcək insanların dövlətimizin başına keçməsinə imkan verməlidir. Bu məsələnin bundan başqa ikinci bir yolu yoxdur. Ermənilərin keçirdikləri qondarma məhkəmə şousunda da hansısa Azərbaycanlı vəkilin iştirakının Azərbaycanın maraqlarına uyğun olmadığı qənaətindəyəm. Sadəcə belə bir vətənpərvər düşüncəyə və girovlarımızın azad olunmasında bir başa iştirak etmək istədiyi üçün vəkil Bəhruz Bayramova təşəkkür edirəm.
Cabir Turan