Rusiya və Azərbaycan hərbi əməkdaşlığı aktivləşdirir. Rusiya Federasiyasının Xəzər donanmasının Bakıya dostluq səfəri dünən başa çatdı. Bir neçə gün öncə isə Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıya səfər etmişdi. Rusiya hərbi müəssisəsinin başçısının bildirdiyi kimi, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə “hərbi və hərbi-texniki əməkdaşlığın sonrakı inkişafı, həmçinin bir sıra regional və beynəlxalq təhlükəsizliyinə aid məsələləri, Xəzərdə qarşılıqlı təsirin gücləndirilməsi perspektivləri” müzakirə olunub.

Xəzərdə qarşılıqlı güclənmə məsələsi təsadüfi deyil. Rusiya Müdafiə Nazirliyinin bildirdiyi kimi, Vladimir Putin və İlham Əliyevin qərarına əsasən, 2015-ci ildə iki ölkə birgə bir sıra hərbi dəniz təlimləri keçirəcək, hansı ki bu, gəmiçiliyin müdafiəsi və dəniz iqtisadiyyatının təhlükəsizliyinə hesablanıb.

Publka.az  xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Xəzərdə müdafiənin əhəmiyyətli olduğunu vurğulayıb. Nəşr yazır ki, regionun karbohidrogen ehtiyatları böyükdür. Hazırda ABŞ və NATO Xəzərdə yer almaq və möhkəmlənmək istəyindədir.

Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru, politoloq Aleksandr Sergey Mixeyev da bir neçə gün öncə bildirdi ki, ABŞ və NATO Xəzər regionuna müdaxilə etmək üçün məqam gözləyir.

Lakin Həştərxanda keçirilən sonuncu Xəzər sammitində məhz bu məsələ gündəmə gətirilərək üçüncü qüvvələrin dənizə çıxışına qarşı bəyannamə qəbul edildi. Bu məsələ qarşıda, güman ki, rəsmiləşəcək. Bu prinsipləri bütün Xəzəryanı ölkələr bölüşür, həmçinin İlham Əliyev.

Əlbəttə ki, bu, NATO ölkələrinin xoşuna gəlmir və müxtəlif formalarda narazılıq əks etdirirlər. Azərbaycanda da müxalifət dairələri buna qarşı etiraz nümayiş etdirir. Hərçənd Azərbaycan lideri də rusiyalı həmkarı Putin kimi bunları hiss edir və önləyici tədbirləri həyata keçirir.

Nəşr olduqca maraqlı paralellik apararaq qeyd edir ki, Xəzər sammiti ərəfəsində Azərbaycan hökumətinə ABŞ və digər beynəlxalq hüquq müdafiə təşkilatlarının təzyiqə başlaması heç də təsadüfi deyil.

Misal üçün, ABŞ prezidenti Barak Obama BMT-də çıxışı zamanı fundamental azadlıqların pozulduğu ölkələr arasında Azərbaycanın da adını çəkdi. Maraqlıdır ki, BMT Baş Assambleyasının illik sessiyası dünyanı narahat edən ciddi problemlərin müzakirəsi üçün nəzərdə tutulur, lakin Azərbaycanın nə dərəcədə qlobal problem olduğu suallar doğurur

Məşhur hüquq müdafiə təşkilatları Obamanı dəstəklədi. Ötən həftə “Human Rights Watch” Avropa Şurasına müraciət edərək qərbyönümlü QHT rəhbərlərinin azad olunması üçün Bakıya təzyiqə etməyə çağırdı. Eləcə də digər hüquq və iqtisadi beynəlxalq təşkilatlar Azərbaycana qarşı informasiya təbliğatına başladılar.

Ekspertlər güman edirlər ki, bu cür təşviqatlar ərəb inqilablarında olduğu kimi, qanuni siyasi hakimiyyətlərin devrilməsi fonunda tez-tez müşahidə olunur.

Azərbaycanda sonuncu siyasi mübarizə 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərində müşahidə olundu. Lakin İlham Əliyev qalib oldu ki, bu bir neçə səbəbdən irəli gəlirdi. Birincisi, Qərb emissarlarının diqqəti daha çox Ukraynaya yönəlmişdi, ikincisi, ölkədə nə ordu, nə də xalq alternativlərə dəstək vermirdi, üçüncüsü isə, İlham Əliyev xalqın dəstəyini qazandı.

Nəşr qeyd edir ki, Qərb Azərbaycanın müstəqil siyasəti və Rusiya ilə yüksək əməkdaşlığı ilə çətin ki barışacaq. Deməli, ölkədə “rəngli inqilablara” cəhdlər olacaq. Burada təkcə hüquq müdafiəsi ritorikası deyil, Dağlıq Qarabağ amili da istifadə olunacaq.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti