|
Almaniyada aparılan araşdırma zamanı məlum olub ki, alman qadınlarının İŞİD-ə qarşı rəğbəti getdikcə artmaqdadır.
Axar.az xəbər verir ki, “Şpigel” jurnalı kəşfiyyat məlumatlarına əsasən hazırladığı hesabatda Almaniyadan döyüşmək üzrə Suriyaya gedən və şəxsiyyətləri təsbit edilən vətəndaşların sayının 378 nəfər olduğunu açıqlayıb.
Bunlardan 40-nın qadın, 16 nəfərin 18 yaşına çatmayan yeniyetmə, 84-nün isə universitet bitirmiş mütəxəssis olduğu məlum olub.
Jurnal verdiyi hesabatda qadınların 40-dan çox olduğunu, lakin üçüncü bir ölkədən istifadə edərək radikal qruplara qoşulduğu üçün dəqiq sayının bilinmədiyini bildirib.