|
NATO yaxın gələcəkdə Ukraynanı blok üzvü kimi qəbul etməyə hazır deyil.
Teleqraf.az anspress-ə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” forumunda deyib.
“NATO-nun üzvü olmaq hələ ki, bizim məqsədimiz deyil. Lakin Rusiya Ukraynanı işğal etdiyi bir zamanda, belə vəziyyətlərdə aydın şəkildə bəyan edilməlidir ki, NATO Ukraynanı qorumaq üçün yeganə şansdır. Hesab edirəm ki, NATO üzvlərinin hamısı bu mövqe ilə razı deyil. Qısa zamanda NATO Ukraynanı qəbul etməyə hazır deyil” – deyə, Yatsenyuk bildirib.
Baş nazir həmçinin bəyan edib ki, Kiyevin suverenliyi üçün güclü zəmanətə ehtiyacı var.
Qeyd edək ki, Ukraynanın Avropa İnteqrasiyasını dəstəkləmək məqsədilə Yalta Avropa Strategiyası sammiti 11-13 sentyabrda Kiyevdə keçirilib. Foruma Avropa İttifaqının prezidenti Xose Manuel Barrozo, Birləşmiş Krallığın sabiq baş naziri Toni Bleyer və "Virgin" korporasiyasının təşkilatçısı Riçard Brenson da qatılıb.