|
Ermənistan mətbuatı hakimiyyətin yerli əhalinin final kapitilyasiyasına hazırladığını yazır.
ANS PRESS xəbər verir ki, Lragir saytı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın qəfil Azərbaycanla sərhədyanı postlara baş çəkməsini analiz edib.Sayt yazır ki, artıq Ermənistan hakimiyyət nümayəndələri özlərinin xaricdəki dostlarına bel bağlaya bilməyəcəklərini anlayıblar. İndi əhalinin 10 oktyabrdakı (Ermənistanın Gömrük İttifaqına daxil olmasının dəqiqləşəcəyi Minsk toplantısı nəzərdə tutulur - A.Ə.) kapitulyasiyaya hazırlamaq qalır.Sayt yazır ki, yəqin bundan sonrakı mərhələdə Ermənistanın Rusiyanın bir vilayətinə çevrilməsinə başlamaq olacaq.Erməni mətbuatı yerli siyasətçiləri əslində ölkənin Gömrük İttifaqına daxil olmasını razılıq verməklə ölkəni Avropanın sanksiyaları ilə sarsılan Rusiyanın tam boyunduruğu altına salmaqda ittiham edir.