|
Qondarma erməni iddialarına qarşı beynəlxalq mübarizə dərnəyi 14 təşkilatla birgə rəsmi İrəvana müraciət ünvanlayaraq bu şəhərdə yerləşən Göy məsçiddə 5 sentyabr tarixində cümə namazı qılmaq istədiklərini bildiriblər.
Teleqraf.az Avropa.info-ya istinadən xəbər verir ki, erməni tərəfi buna razılıq verməyib. Qurumun rəhbəri Göksəl Gölbəy bu razılığın alınması üçün Ermənistanın Tiflis və Tehran səfirliyinə müraciət etdiklərini bildirib. Qurum rəhbəri müraciət etdikləri Tiflisdəki Ermənistan səfirliyindən e-mail vasitəsi ilə cavab aldıqlarını bildirib:
"Ermənilər bizə bildirdilər ki, bu istək onların dövlətlərinin siyasi xəttinə uyğun deyil, məhz buna görə, də onlar bizim bu istəyimizi mənfi qarşılayıblar. Amma ermənilər istədikləri vaxt bizim ölkəmizə gəlib kilsələri ziyarət edə bilirlər. Ermənilər bizə mədəni surətdə “ölkəmizə gəlməyin dedilər”. Hər fürsətdə dialoqdan, tolerantlıqdan danışan erməni patriarxı Aram Atəşyan bu tələbimizi öyrənib. Nəyə görə hələ də susduğunu anlaya bilmirəm. Bizim müraciətlərimiz yenə də davam edəcək. Atalarımızın zorla qovulduğu o torpaqlara qayıtmaq fikrindən heç kim bizi daşındıra bilməyəcək.”