|
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının döyüşçüləri Çeçenistan və Qafqazda yeni müharibəyə başlayacaqları ilə bağlı çıxış ediblər.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, İŞİD döyüşçüləri öz müraciətlərini video vasitəsilə yayıblar.
Görüntülərdə döyüşçülərdən biri Suriyanın Rakka əyalətinin Tabaka rayonundakı aerodromunda ələ keçirilmiş qırıcı təyyarənin kabinəsində çıxış edir. Çıxışı zamanı o bildirir ki, Allahın köməyilə Çeçenistan və Qafqazı azad etmək niyyətindədirlər.