|
İstanbulda səhər saatlarında aralarında İstanbul Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri şöbəsinin keçmiş müdiri Yaqub Sayğılının da olduğu bəzi polislər nəzarətə götürülüb.
Teleqraf.az xəbər verir ki, keçmiş şöbə müdiri müayinə üçün Təhsil və Araşdırma xəstəxanasına gətirilib. Y. Sayğılı jurnalistlərə nə üçün nəzarətə götürüldüyünü bilmədiyini deyib.
Xəstəxanaya gətirilən təhlükəsizlik idarəsi işçilərindən birinin “Oğrudan qorxsaydıq, polis olmazdıq!” - deyə qışqırması diqqət çəkib. Həmin işçi polis avtomobilinə ağzı tutularaq məcburi mindirilib.
Nəzarətə götürülən polislər həkim müayinəsindən keçirildikdən sonra İstanbul Təhlükəsizlik Müdirliyinə aparılıb.