|
Bir müddət əvvəl “SterkTV”də “Soysuzlar şəbəkəsi –İŞİD” adlı sənədli film yayımlanıb.
20-ə yaxın İŞİD üzvünün etirafı ilə hazırlanan bu filmdə İŞİD-in insanlığa zidd nə qədər qruplaşma olduğunu bir daha isbat etmiş olur. Kürd könüllüləri tərəfindən həbs edilən İŞİD üzvləri bir çox etiraflar ediblər.
Sənədli filmdə bildirilir ki, İŞİD-in ən böyük silahı insanlar arasında qorxu yaratmaqdır. Belə ki, filmdə Mosulu işğal edərkən insanları elə küçədəcə öldürmələri, təcavüz etmələri, diri-diri insanları quyuya atmaları diqqət çəkir.
Sənədli filmdə terrorçuların Türkiyədəki dəstəkləri haqqında xüsusi yer ayrılır.
Etiraf edən terrorçular Cizrə, Adana, Urfada əlaqə nöqtələri olduğunu bildirirlər. Onların sözlərinə görə, Türkiyə İŞİD üçün təkcə keçid dəhlizi deyil, hər cür loqistik dəstək verən bir hökumətdir. Türkiyə kəşfiyyatı ilə yaxın əlaqələri olan terrorçular istədikləri zaman Türkiyədən silah gətirdiklərini də etiraf edirlər.
Məhəmməd Yusif Vazo adlı terrorçu Cizrə, Adana və Urfada mütəxəssis və əlaqə nöqtələrinin olduğunu etiraf edir. Əbdülkərim İbrahim adlı terrorçu isə 3 dəfə Türkiyəyə getdiyini, ilk gedərkən Rusiya istehsalı 5 silah, ikincisində 6 silah, üçüncü dəfə gedərkən 3 silah gətirdiyini bildirir.
İŞİD üzvləri sənədli filmdə İŞİD üzvlərinin Adanadakı Kəşfiyyat şöbələri ilə əlaqəsini etiraf edir.
Sənədli filmdə ən diqqət çəkən məqam isə qruplaşmaya üzv olduqları qeydiyyat nömrəsi və “nikah qeydiyyatı” nömrələridir.
Buna missal olaraq Cinəd Cəmil Suleymanın qeydiyyat nömrəsi 333, “nikah qeydiyyatı” nömrəsi isə 583-dür.
İŞİD terrorçularının etirafına görə, bu nikah əslində nikah yox, təcavüzdür. Etiraflara görə, İŞİD-ə üzv olmaq istəyən hər kəs, hətta kişi də, təcavüzə məruz qalır. Üzv olmaq istəyənlər bunu anladıqdan sonra, bunu istəməsələr belə zorla təcavüzə məruz qalırlar və bu təcavüz səhnələri videoya çəkilir.
1994-cü il təvəllüdlü Fərhan Salim Unuf Safen əvvəllər tanıdığı Suleyman Köhnə, Əbu Qutəybə və Cinəd Cəmil tərəfindən qaçırıldığını, daha sonra dəfələrlə təcüvüzə uğradığını önə çəkir.
“Özümdən getmişdim. Ayılan zaman mənə Cəzaada “İŞİD-in yanındasın” dedilər. Mənə də, onlara qoşulmağımı təklif etdilər. Bunun mümkün olmayacağını onlara bildirdim, mənə ağıla gəlməyən pis şeylər etdilər. O qədər ki, mənə edilənlər heç ABŞ-ın “Əbu Qureyb”ində edilmədi, israillilər fələstinlilərə etmədilər. Həqiqətən danışmağa utanıram. Mele Bevaf, Hacı Mahmud, Suleyman Kohnə, Cined, Əbid və adlarını bilmədiyim 3-4 kişi var idi. Onların üzləri bağlıydı. Mənə 10 dəfə “nikah” etdilər.
İbrahim Bazo isə qruplaşmaya üzv olmaq üçün “nikah”ın şərt olduğunu bildirir. Nikahın bir “ayin” kimi həyata keçirildiyini açıqlayan Bazo “mənə bunu edənlər döyüşmən üçün ruh yüksəkliyi və güc aldın deyirdilər”
Bazonun bəhs etdiyi Cined Cəmil Suleyman isə qruplaşma üzvlərinin təcavüz videosuyla şantaj edildiyini bildirir.
Əbu Quteybə olaraq tanınan Əhməd Hisən adlı təkfirçinin açıqlamaları isə belə olub: “Mən Malikiyənin Şerbaniyan qəbiləsindənəm. Mənə Suleyman Köhnə İŞİD-ə qatılmam üçün təkif etdi. Ancaq yeni evil olduğumu və buna görə bu cür işlərdən uzaq olduğumu onlara bildirdim. Lakin iki nəfər tərəfindən qaçırıldım. Bir şey iylətdilər və özümü itirdim. Özümə gələndə pis bir iyi gələn otağda idim. Nə etdimsə, məni o otaqdan çıxarmadılar. İŞİD-ə qatılmamı bu dəfə 5 nəfər təklif etdi. Rədd etdim. Bu dəfə işkəncələrə başladılar, ağla gəlməyən pis işlər etdilər. Quantanamoda amerikalılar etmədiyini etdilər. Lüt soyundurdular və 15 dəfə zorladılar ( özü “nikah bağladılar” deyir). Daha sonra başımı yudular. Gülabla ətirləndirdilər, otaqdan çıxardılar. Nikahsız heç kəsin İŞİD-ə qoşulmayacağını bildirdilər.”