|
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski hesab edir ki, Rusiya Qazaxıstanı işğal etməlidir, çünki orada rusofobiya əhval-ruhiyyəsi hökm sürür.
Teleqraf.az xəbər verir ki, Jirinovski bunu “Exo Moskvı” radiosuna müsahibəsində deyib.
“Qazaxıstanın bütün dərsliklərində anti-rus əhval-ruhiyyəsi var. Rusiya Qazaxıstanı işğal etməyib, əksinə köməyə gəldi, yoxsa cunqarlar qazaxları öldürürdü. Rus ordusu da cunqarları qovdu və indi onlar Çində oturublar. Qazax ulusu da rus çarına müraciət edərək, ona yalvardılar, ayaqlarına düşdülər. Çar da ordu göndərib Şimali Qazaxıstanı azad etdi” – Jirinovski deyib.
Onun sözlərinə görə, Qazaxıstanda şəhərlərin əksəriyyətinin adları rus dilindədir: Semireçye, Ust-Kameneqorsk, Artyomvsk, Semipalatinsk.
Jirinovski bildirib ki, Qazaxıstana qarşı olan iddianı hələlik saxlamaq lazımdır: “Hələ, gözləyək. Gəlin Ukraynanı məğlub edək. Qazaxıstan Gömrük İttifaqının üzvüdür”.