|
NATO seperatçılara dəstək vermək üçün Ukraynaya girən rus qoşunlarının peyk görüntülərini yayıb.
Axar.az xəbər verir ki, Rusiya bundan öncə yayılan iddiaları təkzib edib və NATO-nun ötən gün yaydığı fotoları saxta adlandırıb. NATO-nun nümayəndəsi Niko Taks isə mindən çox seperatçının Ukraynada döyüşdüyünü açıqlayıb və bunun ardınca görüntülər ortaya qoyulub.
Onun sözlərinə görə, NATO-nun bu görüntülərində hava hücumundan müdafiə silahları, top, tank və zirehli texnika daşıyıcıları əks olunur və bu silahlar Ukrayna torpaqlarında rus silahlarının olduğunu sübut edir.
NATO rəsmisinin sözlərinə görə, vəziyyət Ukraynanın lehinə olsa da, Rusiya döyüşü separatçıların lehinə dəyişməyə çalışır.