Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmalarına bağışlayıb.  

Teleqraf.az xəbər verir ki, deputat imkanı olan hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb. “Mən bir aylıq maaşımı İraq türkmanlarına – yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. ...Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu çağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. 

Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkman qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..! 

Qətlə yetirilən, köçkün salınan türkman qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk etdi..! Bu insanların hər türlü insani yardıma və özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Kömək istəyirlər... Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?!. – Təbii ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından!.. Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər… Kömək gözləyirlər –hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!".

Millət vəkili Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də əlindən gələn dəstəyi əsirgəməyəcəyinə inandığını deyib. 

Türkmanlara yardım təşkilatlarının hesab saylarını Sizinlə paylaşıram…

Türkmeneli İşbirliği ve Kültür Vakfı hesapları

Vakıflar Bankası - Çankaya Şubesi –

Şube kodu: 281

TR33 0001 5001 5800 7293 5435 17 Türk Lirası hesabı

TR33 0001 5804 8000 3306 20 ABD dolları hesabına

“Türkmen mültecilerine bağış” yazaraq yatıra bilərsiniz.

Amma yardımlarınızı necə edə bilməklə bağlı problemləriniz yaransa Türkmeneli İşbirliği ve Kültür Vakfı telefonları ilə :0090312. 442 42 65 və 0090312. 433 43 73 veya 009.0533.2552660(Şemsettin Küzeci) (Türkiyə) əlaqə saxlaya bilərsiniz.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti