|
Almaniyanın PKK-ya silah göndərib-göndərməyəcəyinə aydınqlıq gətirilib.
Məsələ ilə bağlı Almaniya Baş naziriAngela Merkel çıxış edib.
Merkel “İraq Şam İslam Dövləti” təşkilatı ilə mübarizədə kürdlərə silah göndərilməsi barədə qərarı müdafiə edib. Almaniyanın dini azlıqların yox edilməsinə tamaşa edə bilməyəcəklərini bildirən Merkel İŞİD-in soyqırım törətdiyini vurğulayıb.
Baş nazir sonda isə PKK təşkilatına silah göndərilməyəcəyini və İraqa ordu yeridilməsinin müzakirə mövzusu olmadığını qeyd edib.