|
Komsomolskaya pravda"nın jurnalistlərinin qənaətinə görə, məşhur bolqar telepatı Vanqa hələ illər öncə Ukrayna hadisələri barədə dəqiq məlumatlar veribmiş.
Axar.az-ın sözügedən qəzetə istinadən məlumatına görə, Vanqa bildiribmiş ki, Sovetlər dağılacaq və onun yerində Müqəddəs Serginin dövründə olduğu kimi, Rusiya adlanacaq ərazi vahidi yaranacaq. Nənə Vanqa 1979-cu il mülahizələrində nəql edib ki, ABŞ-ın 44-cu prezidenti qaradərili olacaq. Daha sonra o, Ukrayna hadisələrini təxmin edərək, iki qardaş xalqın münasibətlərinin düşmənçilik həddinə çatacağını, qarşıdurmalar zamanı kütləvi şəkildə dünyasını dəyişənin olacağını və anaların gözünün yaşının kəsməyəcəyini proqnozlaşdırıbmış.
Ukrayna üçün 2014-cü ildə hansı hadisələrin gözləndiyi barədə isə Vanqa aşağıdakı mülahizələri irəli sürüb:
"Rusiya yaxınlığında hissə-hissə formalaşan məkan, yaxud ölkə dağılmağa məhkum olacaq".
Vanqaya son 15 il ərzində xidmət göstərmiş Vitka Petrovski bildirib ki, güclü hissiyyata malik xanım bu proqnozunun 2010-cu ildə açıqlanmasını istəyib. Səbəbini isə onunla izah edib ki, qeyd olunan vaxtdan tez fikirlərinin ictimailəşməsi Avropa Birliyinin dağılmasını gücləndirə bilər.
Vanqa 2014-cü ilin Rusiyası barədə də müəyyən iddialar irəli sürüb. Onun proqnozlarına görə, Krımın ilhaqından sonra Rusiyanın fövqəl güc olması geniş arealda qəbul olunacaq. Vanqa hətta “Yaşasın qüdrətli Vladimir!” kəlməsini də işlədib.
Ekspertlər ilkin illərdə söhbətin hansı Vladimirdən getdiyini müəyyənləşdirməkdə çətinlik çəksələr də, indi bəlli olur ki, söhbət Rusiya dövlət başçısının adının hallanmasından gedir. Yeri gəlmişkən, Vanqa Prezident Vladimir Putini də 2014-cü ildə nələrin gözlədiyini yaddan çıxarmayıb. Əlavə edib ki, nəhəng dövlətin başına elə bir şəxs gələcək ki, o, bütün slavyanları birləşdirəcək.
Xatırladaq ki, bu yorumu rus mediasının apardığı təbliğat sayanlar da var.