|
BMT-nin İraqdakı nümayəndəsi ölkədəki türkmən icmasının xilas üçün çağırış edib.
musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Nikolay Mladenov İŞİD terrorçularının türkmənlər üçün böyük təhlükə yaratdığını söyləyib.
Onun sözlərinə görə, türkmən icmasının yaşadığı Əmirli şəhərli qruplaşmaya məxsus silahlıların mühasirəsindədir və artıq iki aydan çoxdur ki, ora nə su, nə də ərzaq məhsulları daxil olur.
BMT nümayəndəsi İraq hökumətinin müttəfiqlərinə müraciət edərək, bu şəhərin dözülməz əziyyətlər çəkən sakinlərini xilas eləməyə və qətliamı önləməyə çağırıb.