BAKI, 2 sentyabr. TELEQRAF
Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə götürülməklə davam etdirilir.
DİN-in mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.
Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.