
BAKI, 14 Fevral. TELEQRAF
Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir.
Teleqraf-ın xəbərinə görə, proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçirilir.
Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır.
Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.
Dördüncü prosesdir ki, məhkəmə istintaqına başlanılıb. Dövlət ittiahmçıları cinayət işindəki ittiham aktının nəticəvi hissəsini elan edirlər.
Cinayət işinin ittiham aktında qeyd olunur ki, Ermənistan dövləti və onun silahlı qüvvələrinin birbaşa iştirakı, maddi texniki dəstəyi ilə Azərbaycana qarşı hərbi təcavüzkar müharibə həyata keçirilib.
Ermənistanın hərbi təcavüzkar müharibəsi nəticəsində 1988-2024-cü ildə 18 351 nəfər azərbaycanlı qəsdən qətlə yetirilib, 55 177 nəfər isə yaralanıb. Bundan başqa Azərbaycanın su mənbələrinə, ekologiyasına vurulan zərərin məbləği 13 milyard manatdan çoxdur. Azərbaycanın hərbi arsenalına 1 milyard manatdan çox ziyan dəyib.
Açıq keçirilən məhkəmə prosesində təqsirləndirilən 15 nəfərin hər biri vəkillərlə təmin olunub. Məhkəmə prosesində zərərçəkənlər də iştirak edirlər. Onların sayı 531 mindən çoxdur. Prosesdə dövlət ittihamçıları ittiham aktının elanını davam etdirir.
Hazırda proses davam edir.
Videonu təqdim edirik: