BAKI, 6 avqust. TELEQRAF

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqosla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan höküməti məlumat yayıb.

Bildirilir ki, görüşdə Ermənistan–Aİ əməkdaşlığına dair aktual məsələlər müzakirə edilib.

Tərəflər regional proseslər, xüsusilə Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunması baxımından kommunikasiyaların açılması barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı həmçinin Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqların hazırkı vəziyyəti və bu istiqamətdə həyata keçirilən tədbirlər də diqqət mərkəzində olub.