Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 422 677-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8 620 nəfərdir.