Noyabrın 10-u saat 11:00-a olan məlumata görə, Ermənistanda koronavirusa 324 039 yoluxma halı təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, noyabrın 9-da 10 052 test aparılıb, 1 675 yeni yoluxma təsdiqlənib, 1 277 nəfər sağalıb, 69 ölüm faktı qeydə alınıb.

10 noyabr saat 11:00-a olan məlumata görə, tam mənzərə aşağıdakı kimidir:

Təsdiqlənmiş halların ümumi sayı – 324 039

Xəstələrin faktiki sayı – 29 521

Sağalanlar – 286 334

Ölənlər – 6831

Ümumi testlər – 2 202 322.

Qeyd edək ki, noyabrın 9-da da Ermənistanda koronavirusdan ölümlərlə bağlı rekord qeydə alınıb. Belə ki, dünən adıçəkilən ölkədə virusdan 62 nəfər ölüb.