Ermənistanda son sutkada koronavirusa daha 69 yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Ermənistanda virusa yoluxanların sayı 224 728-ə çatıb.

Ölkədə son sutkada daha 2 nəfər COVID-19-dan ölüb.

Bununla da koronavirusdan ölənlərin sayı 4 508-ə yüksəlib.

Koronavirusa yoluxan 216 558 nəfər sağalıb. Hazırda 2 633 pasiyent müalicə olunur