Ermənistanda daha 134 nəfərdə koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 783-ə yüksəlib.

Ötən gün Ermənistanda virusa yoluxan daha 2 nəfər ölüb və bu ölkədə koronavirusdan ölənlərin sayı 897 nəfərə çatıb.

Ermənistanda koronavirusa yoluxan, ancaq digər səbəblərdən ölənlərin sayı 275 nəfərdir.

Hazırda ölkədə 3 522 aktiv xəstə var.