BAKI, 15 oktyabr. TELEQRAF

Biləsuvar rayonunun Xırmandalı kəndinin tanınan pedaqoqu, kimya müəllimi İsfəndiyar Quliyev dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, 1951-ci ildə Xırmandalı kəndində anadan olan İsfəndiyar müəllim ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib.

O, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsini bitirib və 40 ilə yaxın doğma kəndində müəllim və məktəb direktorunun müavin kimi fəaliyyət göstərib.

O, fədakar əməyinə görə dəfələrlə təltif olunub. Onun yetirmələri bu gün müxtəlif sahələrdə bilikli və bacarıqlı mütəxəssislər kimi tanınırlar.