BAKI, 3 sentyabr. TELEQRAF

Raziyə İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.

Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.

Raziyə İsayeva İqtisadiyyat və Menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

O həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib. O həmçinin beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınır, təhsil, sənaye və insan resurslarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlıdır.