BAKI, 21 avqust. TELEQRAF
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun 2-ci mərhələsi avqustun 26-sı başlayacaq.
Bu barədə Teleqraf-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, birinci mərhələ üzrə 32620 plan yeri ayrılıb, müraciətçi sayı isə 36278 olub. 23 min 802 nəfər isə birinci mərhələdə tələbə adı qazanıb.
Qəbul olunanlardan 9857 nəfəri qadın, 13945 nəfəri isə kişilərdir.