BAKI, 19 avqust. TELEQRAF
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

Bu barədə Teleqraf-a MÜTDA-dan məlumat verilib.

Avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.
Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.