BAKI, 11 avqust. TELEQRAF

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin statistikası açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin məlumatlarında yer alıb.

Qruplar üzrə 500 və 600-dən yüksək bal toplayanların sayı belədir:

- I ixtisas qrupu:
- Riyaziyyat–kimya (RK): 500+ bal – 1166 nəfər, 600+ bal – 336 nəfər
- Riyaziyyat–informatika (Rİ): 500+ bal – 2081 nəfər, 600+ bal – 715 nəfər

- II ixtisas qrupu:
- 500+ bal – 1075 nəfər
- 600+ bal – 218 nəfər

- III ixtisas qrupu:
- 500+ bal – 3927 nəfər
- 600+ bal – 1005 nəfər

- IV ixtisas qrupu:
- 500+ bal – 2135 nəfər
- 600+ bal – 968 nəfər