BAKI, 22 iyul. TELEQRAF
Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbulu başlayır.
Bu barədə Teleqraf-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ilk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında müəyyən edilir.
Qeyd edək ki, son müraciət tarixi 11 avqustdur.