BAKI, 16 iyul. TELEQRAF

"Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur".

Teleqraf xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir.

“Xərclərdə müəllimin iş saatı, əmək haqqı, enerji ehtiyyatına sərfiyyat və s. nəzərə alınır. Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”, - o, söyləyib.

Onun sözlərinə görə, iyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq.

"Peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir".