BAKI, 19 mart. TELEQRAF

UNEC nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınovun döyüldüyü ilə bağlı məlumatlar yayılıb.

İddialara görə direktor heç bir dərsə girməyib. Onun sonuncu kurs tələbəsinə iki kəsrə görə 1450 manat pul ödətdirdiyi məlum olub, həmçinin bir semestrdə 1000-ə yaxın kəsir əmələ gəlib. Nəhayət, bütün bu olanlardan bezən insanlar direktoru möhkəm döyüblər.

UNEC nəzdində Sosial İqtisadi Kollecindən Teleqraf-a bildirilib ki, yayılan məlumatlar əsassızdır: "Direktor hazırda kollecdədir. Heç bir döyülmə hadisəsi baş verməyib".

DİN-in mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Teleqraf-a açıqlamasında deyib ki, hadisə barədə daxil olmuş müraciət əsasında hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

"Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək", - E.İbrahimov bildirib.