Kamerunun şimalında törədilən terror aktı nəticəsində azı 17 nəfər həlak olub. Bu barədə məlumatı Sinxua agentliyi yayıb.

Hadisə terrorçu-kamikadze tərəfindən törədilib. Daha bir neçə nəfərin yaralandığı bildirilir.
Hələlik insidentin digər təfərrüatları barədə məlumat verilmir.