BAKI, 16 yanvar. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi ruslara Moldovaya səyahət etməkdən çəkinməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskva Moldova hakimiyyəti tərəfindən Rusiya vətəndaşlarına qarşı çoxsaylı ayrı-seçkilik, əsassız təqib və qeyri-adekvat rəftar hallarını qeydə alıb.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya pasportu sahibləri Kişinyov hava limanına çatdıqdan sonra mütəmadi olaraq alçaldıcı axtarışlara və yoxlamalara məruz qalırlar: "Tranzit zonasında əsas şərait və ya xarici dünyaya çıxış olmadan saatlarla gözləmək adi hal alıb. Həmçinin tez-tez uydurma bəhanələrlə girişə icazə verilməyib. Sərhəddə məcburi saxlanma və inandırıcı dəlillər təqdim etmədən cinayət təqibi artıb. Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları tərəfindən konsulluq dəstəyinin göstərilməsi praktik olaraq mümkün deyil".