BAKI, 10 yanvar. TELEQRAF

"Etirazlara baxmayaraq Tehranda sakitlik hökm sürür".

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasmin" xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İran əleyhinə qrupların iğtişaş çağırışlarına baxmayaraq, şəhərin əsas küçə və meydanlarında sakitlik müşahidə olunur.

"Tehranın şərq hissəsində bəzi ərazilərdə az sayda qarışıqlıq yaşansa da, ümumi vəziyyət əvvəlki gecələrlə müqayisədə xeyli sabit olub", - məlumatda bildirilib.