BAKI, 4 yanvar. TELEQRAF
Kolumbiya Venesuela məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Amerika Dövlətləri Təşkilatının (OAS) Daimi Şurasını toplantıya çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya Prezident Administrasiyasının İdarəetmə Departamentinin direktoru Anci Rodriqes açıqlama verib.
Toplantıların məqsədi Venesueladakı son hadisələri və ABŞ-nin həyata keçirdiyi əməliyyatın nəticələrini müzakirə etməkdir.