Ukraynanın ABŞ ilə münasibətlərində "dərəcəni" dəyişdirməsi asan olmayıb.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram" kanalında deyib.

"Ukrayna ilə ABŞ arasında münasibətlərin səviyyəsində belə bir dəyişikliyə nail olmaq heç də asan deyildi", - o vurğulayıb.

Zelenski həmçinin Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmadan danışaraq imzasının yalnız "güclü" sülh müqaviləsində olacağını bildirib. Ukrayna lideri video müraciətində Budapeşt Memorandumundan və Minsk razılaşmalarından bəhs edərək, bu cür razılaşmaların Kiyevi qane etməyəcəyini vurğulayıb.