BAKI, 13 dekabr. TELEQRAF

Qara dəniz hərbi arenaya çevrilməməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Qara dəniz hərbi meydanına çevrilməməlidir, bu nə Rusiyaya, nə də Ukraynaya fayda verər. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi bütün tərəflər üçün həyati əhəmiyyət daşıyır və bu mütləq şəkildə təmin olunmalıdır",- o qeyd edib.

Ərdoğan vurğulayıb ki, bölgədə sabitlik və təhlükəsizlik həm regional, həm də qlobal baxımdan xüsusi önəm kəsb edir.